London (ATP): Oje-Alyassim Çiçipası dayandırdı, Raoniç Lopeslə bacarmadı

London (ATP): Oje-Alyassim Çiçipası dayandırdı, Raoniç Lopeslə bacarmadı

Londonda keçirilən "Fever-Tree" turnirində 1/4 final mərhələsinə yekun vurulub.

Stefanos Çiçipas Feliks Oje-Alyassimlə üz-üzə gəlib. "İndian Uels" turnirində olduğu kimi, bu səfər də kanadalı tennisçi dünya 6 nömrəsinə set verməyib. Daniil Medvedyev çətinlik çəkmədən Dieqo Şvartsmanı məğlub edib.

Jil Simon həmyerlisi Nikola Mayyuya qalib gələrək yarımfinala yüksəlib. Mərhələ adlayanlar sırasında Miloş Raoniçi mübarizədən kənarlaşdıran 37 yaşlı Felisiano Lopes də var.


Fever-Tree Championships (ATP 500)

London, Böyük Britaniya

1/4 final

Daniil Medvedyev (Rusiya) - Dieqo Şvartsman (Argentina) - 2:0 (6:2, 6:2)

Jil Simon (Fransa) - Nikolya Mayyu (Fransa) - 2:1 (7:6, 5:7, 7:6)

Feliks Oje-Alyassim (Kanada) - Stefanos Çiçipas (Yunanıstan) - 2:0 (7:5, 6:2)

Felisiano Lopes (İspaniya) - Miloş Raoniç (Kanada) - 2:1 (4:6, 6:4, 7:6)


Yarımfinalda Oje-Alyassim Lopeslə, Medvedyev isə Simonla qarşılaşacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR