London Olimpiadasının qalibi rüşvət verib - FOTOLAR

London Olimpiadasının qalibi rüşvət verib - FOTOLAR

Beynəlxalq Dopinqlə Mübarizə Agentliyi türkiyəli atlet Aslı Çakır Alptekinlə bağlı şok məlumat yayıb. Sport7.az xəbər verir ki, məlumatda atletin dopinq testində "ilişdiyi", bunun gizlədilməsi üçün Aslının rüşvət verdiyi qeyd olunub.

Bu, 2012-ci ildə London Olimpiadasında baş verib. 1500 metrlik qaçış məsafəsi üzrə qızıl medal qazanan Aslı Çakır Alptekin rüşvəti Beynəlxalq Atletika Federasiyasına verib. O, federasiyanın sabiq prezidenti Lamina Diakın oğlu Papa ilə "bazarlıq" edib.

Belə ki, əvvəlcə BAF-ın sabiq rəhbərliyi atlet və atasından 650 min avro istəyib. Sonra isə bu məbləğ 350 minə enib. Ancaq İstanbuldakı son görüşdən sonra 100-250 min avro arası məbləğə razılıq əldə edilib. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR