"Dallas"ın point-qardı Luka Donçiç "Detroyt"la oyunu 41 xal, 12 ribaund və 11 assistlə tamamlayıb.
Bu, Donçiçin cari mövsümdə 8-ci tripl-dablıdı. O, 2018-19 mövsümündəki göstəricisini təkrarlayıb.
Sloveniyalı basketbolçu NBA tarixində ABŞ və Kanada sərhədlərindən kənarda tripl-dabl edən ilk oyunçu kimi tarixə düşüb. Qeyd edək ki, "Detroyt" - "Dallas" matçına Mexiko ev sahibliyi edib.
Sport7.az