Lukaku 71 illik rekordu qırıb tarixə düşdü

Lukaku 71 illik rekordu qırıb tarixə düşdü

"İnter"in futbolçusu Romelu Lukaku yeni rekorda imza atıb.

Sport7.az xəbər verir ki, 27 yaşlı hücumçu buna A seriyasının 22-ci turunda "Milan"la matçda (3:0) nail olub. Belçikalı futbolçu görüşün 66-cı dəqiqəsində fərqlənməklə ardıcıl 5 Milan derbisində qol vurmuş olub. Beləliklə, Lukaku derbi tarixinə bütün turnirlərdə ardıcıl 5 derbidə qol vuran ilk futbolçu kimi düşüb.
 
Romeluya qədər, A seriyasında ardıcıl dörd Milan derbisində qol vuran son "İnter" oyunçusu 1950-ci ildə Benito Lorenzi olub.

Belçikalı ulduz hazırda 17 qolla çempionatın bombardiridir. O, "Yuventus"un hücumçusu Kristiano Ronaldonu bir qol qabaqlayır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR