Ölüm xəbərini eşitdi, göz yaşlarını saxlaya bilmədi - FOTOLAR

Ölüm xəbərini eşitdi, göz yaşlarını saxlaya bilmədi - FOTOLAR
Portuqaliya komandası "Belenenseş"in formasını geyən Marko Bakiç sabiq komanda yoldaşı Davide Astorinin öldüyünü oyun zamanı öyrənincə göz yaşlarını saxlaya bilməyib.
 
Sport7.az xəbər verir ki, bu xəbəri eşidəndən sonra oyunu davam etdirə bilməyən Bakiç meydandan yarımçıq çıxmalı olub. Bir dönəm "Fiorentina"da Astori ilə komanda yoldaşı olan Bakiç paltardəyişmə otağında da duyğusal anlar yaşayıb. 
 
Bakiç 2012-ci ildə "Torino"ya transfer olandan bir il sonra "Fiorentina" ilə müqavilə imzalamışdı.
 

 

Sport7.az

Xəbər lenti