Lüsyan Favr Ceydon Sançonu komandadan uzaqlaşdırıb

Lüsyan Favr Ceydon Sançonu komandadan uzaqlaşdırıb

Dortmund "Borussiya"sının vinqeri Ceydon Sanço Bundesliqanın 8-ci turu çərçivəsində Mönhenqladbah "Borussiya"sı ilə oynanılacaq matçda iştirak edə bilməyəcək.

İngiltərə millisinin düşərgəsindən gec qayıtdığı üçün, "Borussiya"nın baş məşqçisi Lüsyan Favr onu komandadan müvəqqəti olaraq uzaqlaşdırıb.

"Sançodan gözləntilərimiz böyükdü. Bu, yaxşı bir şey olduğu kimi, həm də təhlükəlidi. O, əla oyunçudu. Bu mövzunun müzakirəyə belə, ehtiyacı yoxdu. Amma Sançonun hələ öyrənməli olduğu çox şey var", - deyə Favr bildirib.

İngilis futbolçunun Çempionlar Liqasında "İnter"lə oynanılacaq görüşdə meydana çıxıb-çıxmayacağı sual altındadı.

Cari mövsümdə Bundesliqada 7 matçda forma geyən Sançonun aktivində 3 qol, 5 məhsuldar ötürmə var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR