Löv daha iki il Almaniya millisində

Löv daha iki il Almaniya millisində
Almaniya millisinin baş məşqçisi Yoahim Lövlə yeni müqavilə imzalanıb.
 
Sport7.az xəbər verir ki, bu barədə ölkənin futbol ittifaqının rəsmi saytı məlumat yayıb.

58 yaşlı mütəxəssislə müqavilənin müddəti 2020-ci ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, Y.Löv 2006-cı ildən Almania millisini çalışdırır. Onun rəhbərliyi altına yığma DÇ-2014-ün, Konfederasiyalar Kuboku-2017-nin qalibi olub.
 
Sport7.az

Xəbər lenti