Lyorente

Lyorente "İnter"ə keçir, Politano karyerasını "Napoli"də davam etdirəcək

"İnter" və "Napoli" futbolçularını dəyişirlər.

"Napoli" "İnter"in yarımmüdafiəçisi Matteo Politanonun 18 aylıq icarəsini razılaşdırıb. Müddətin tamamında "neapollular" 25 milyon avro qarşılığında oyunçunun transfer haqlarını ələ keçirə bilər.

Əvəzində "İnter" "Napoli"nin hücumçusu Fernando Lyorenteni mövsümün sonuna kimi icarəyə götürür. Bu barədə "Sky Sport Italia" məlumat yayıb.

Lyorentenin keçidi baş tutsa, Milan təmsilçisi "Çelsi"nin forvardı Olivye Jirunun transferindən imtina edəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR