Lyuis Hemilton Fransa Qran-prisinin qalibi olub

Lyuis Hemilton Fransa Qran-prisinin qalibi olub

"Formula 1"-də mövsümün 8-ci yarışı olan Fransa Qran-prisinə yekun vurulub.

"Mersedes" pilotu Lyuis Hemilton 1:24:31.198-lik nəticəsi ilə finişə hamıdan əvvəl çatıb. Onun komanda yoldaşı Valtteri Bottas ikinci, "Ferrari" sürücüsü Şarl Lekler isə üçüncü nəticə göstərib.


Fransa Qran-prisi

Pol-Rikar, Le-Kastelle

Əsas yarış

1. Lyuis Hemilton ("Mersedes") - 1:24:31.198
2. Valtteri Bottas ("Mersedes") +18,056
3. Şarl Lekler ("Ferrari") +18,985
4. Maks Ferstappen ("Red Bull") +34,905
5. Sebastyan Fettel ("Ferrari") +1.02,796
6. Karlos Sayns Cunior ("Maklaren") +1.35,462
7. Kimi Raykkonen ("Alfa Romeo") +1 dövrə
8. Niko Hülkenberq ("Reno") +1 dövrə
9. Lando Norris ("Maklaren") +1 dövrə
10. Pyer Qasli ("Red Bull") +1 dövrə
11. Daniel Rikkardo ("Reno") +1 dövrə*
12. Serxio Peres ("Reysinq Poynt") +1 dövrə
13. Lans Stroll ("Reysinq Poynt") +1 dövrə
14. Daniil Kvyat ("Toro Rosso") +1 dövrə
15. Aleks Albon ("Toro Rosso") +1 dövrə
16. Antonio Covinatsi ("Alfa Romeo") +1 dövrə
17. Kevin Maqnussen ("Haas") +1 dövrə
18. Robert Kubiça ("Vilyams") +2 dövrə
19. Corc Rassell ("Vilyams") +2 dövrə

Kənar qalan: Romen Qrojan ("Haas")

* - Finişdən sonra Daniel Rikkardo iki 5 saniyəlik cərimə aldığına görə 7-ci sıradan 11-ci sıraya düşüb.


Hazırda pilotların sıralamasına aktivində 187 xal olan Lyuis Hemilton başçılıq edir. Onun komanda yoldaşı Valtteri Bottas 151 xalla ikinci, "Ferrari" pilotu Sebastyan Fettel isə 111 xalla üçüncüdü.

Konstruktorlar kubokunda "Mersedes" 338 xalla liderdi. 198 xala malik "Ferrari" ikincidi. İlk üçlüyü "Red Bull" (137 xal) qapayır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR