Macarıstanda bürünc medal qazanan Səfərov:

Macarıstanda bürünc medal qazanan Səfərov: "Qarabağ bizimdir və bizim olacaq"

"Ölkəmizin çətin günlərində medal qazandım".

Sport7.az xəbər verir ki, bunu Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanan cüdoçu Orxan Səfərov deyib.

66 kq çəki dərəcəsində mübarizə aparan idmançı qələbəni şəhidlərə həsr etdiyini bildirib: "Azərbaycan haqq yolundadır, hər şey yaxşı olacaq. Qarabağ bizimdir və bizim olacaq".

Səfərov bürünc medal uğrunda görüşdən sonra əsgər salamı verib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR