Macarıstanın baş məşqçisi:

Macarıstanın baş məşqçisi: "Azərbaycanla qarşılaşmaya tam hazırıq"

"Növbəti rəqibimizi yaxşı analiz etmişik. Onların futbolçularını adları ilə tanıyıram".
 
Sport7.az xəbər verir ki, bu sözləri Macarıstan yığmasının baş məşqçisi Marko Rossi AVRO-2020-nin seçmə mərhələsində Bakıda qarşılaşacaqları Azərbaycan millisi barədə danışarkən deyib. 

"Nemzetisport"un xəbərinə görə, italiyalı mütəxəssis yığmanın son iki oyununa xüsusi diqqət yetirdiklərini söyləyib: "Azərbaycanın Xorvatiya ilə ilk seçmə oyununa və Litva ilə yoldaşlıq görüşünə baxdım. Hücumçularından biri Ramil Şeydayevdir. Bir yarımmüdafiəçiləri isə İspaniyada (Eddi İsrafilov) çıxış edir. Azərbaycan əsasən 4-3-3 ya da 4-1-4-1 taktiki sxemi ilə oynayır. Oyunun gedişində bunu dəyişə bilərlər. Rəqibin müdafiə xətti sabitdir. Hücum edərkən bunu nəzərə almalıyıq. Qarşılaşmaya tam hazırıq". 

Qeyd edək ki, Macarıstan Azərbaycanla iyunun 8-də Bakıda üz-üzə gələcək. İyunun 11-də isə bu komanda Budapeştdə Uelsi qəbul edəcək. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR