Mahir Emreli millidən kənarlaşdırıldı

Mahir Emreli millidən kənarlaşdırıldı

Oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək, oktyabrın 13-də isə Avro-2020-nin seçmə mərhələsində Macarıstan komandası ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. 

Sport7.az xəbər verir ki, Premyer Liqanın VII turu çərçivəsində oktyabrın 6-da keçirilimiş "Qarabağ” - "Sabah” oyununda zədələnən meydan sahiblərinin hücumçusu Mahir Emreli qarşıdakı oyunlarında iştirak edə bilməyəcək. 

Onun əvəzində "Neftçi”dən Namik Ələsgərov millinin heyətinə dəvət olunub.

Qeyd edək ki, bundan əvvəl "Neftçi"nin qapıçısı Səlahət Ağayev zədə səbəbindən heyətdən kənarlaşdırılıb. Onun əvəzinə "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov milliyə çağırılıb.

Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR