Mahir Emreliyə Avstriya klubundan təklif

Mahir Emreliyə Avstriya klubundan təklif

"Qarabağ”ın və milli komandamızın hücumçusu Mahir Emreliyə xarici klubların marağı artmaqda davam edir. 

Sport7.az xəbər verir ki, Türkiyə və Polşa klublarından sonra Avstriyanın "Şturm” komandası da hücumçunu heyətində görmək istəyir. Avstriyalılar mövsümün sonunadək müqaviləsi olan hücumçunun transfer haqqını da əldə etməyə hazırdır. Hələlik klublar arasında danışıqlar davam edir. Amma "Qarabağ”ın Mahiri heyətdə saxalayacağı da istisna deyil. Çünki Musa Qurbanlının "Zirə”yə icarəyə verilməsindən sonra Qurban Qurbanovun sərəncamında cəmi iki hücumçu qalıb ki, onlardan da biri məhz klubun əsas hücumçusu olan Mahirdir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR