Mahir Mədətovun fantastik qolu dünyaca məşhur nəşrdə - FOTO, VİDEO

Mahir Mədətovun fantastik qolu dünyaca məşhur nəşrdə - FOTO, VİDEO
Ötən gün UEFA Millətlər Liqasında Farer adaları ilə qarşılaşan yığmamızın qollarından birinə Mahir Mədətov imza atmışdı.
 
Sport7.az xəbər verir ki, "Qarabağ"ın hücumçusu matçın 28-ci dəqiqəsində uzaq məsafədən fantastik qolla diqqət mərkəzinə düşmüşdü. Futbolçumuzun qolu dünya mətbuatında da işıqlandırılıb. 
 
Belə ki, Fransanın məşhur nəşri "Ekip" rəsmi "Feysbuk" səhifəsində Mahirin qolunun videogörüntüsünü paylaşıb. Sözügedən videogörüntünün altında isə "Azərbaycan Farer Adaları amtçında Mahir Mədətov imzalı bir yumruq!" şərhi yazılıb.
 
Bakı Olimpiya Stadionunda baş tutan matçda Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız 2:0 hesablı qələbə qazanmışdı.
 
 
 
 
Sport7.az

Xəbər lenti