Mahirin zədəsi ağırlaşıb

Mahirin zədəsi ağırlaşıb

"Qarabağ"ın zədəli futbolçuları Mahir Emreli, Abdullah Zubir və Xayme Romero komanda ilə məşqlərdə iştirak etmir. 

Sport7.az xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. 

O bildirib ki, Premyer Liqanın 2-ci turunda "Keşlə" ilə matçda xəsarət alan Mahir Emrelinin zədəsi tam sağalmayıb. Klub rəsmisinin sözlərinə görə, 23 yaşlı hücumçu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Norveç "Molde"sinə penaltilər seriyasında və 3-cü turda "Neftçi"yə 1:2 hesabı ilə məğlub olduqları görüşlərdə fədakarlıq sayəsində iştirak edib: "O, oyunlarda iştirak üçün reabilitasiya keçmişdi. Amma zədəli oynamışdı, hazırda onun zədəsi ağırlaşıb". 

"Qarabağ" Premyer Liqanın 4-cü turunda səfərdə "Sumqayıt"la üz-üzə gələcək. Sentyabrın 25-də "Kapital Bank Arena"da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR