Mahmud Qurbanov: "Nəticəni də nəzərə almaq lazımdı"

Mahmud Qurbanov:
Yığmamızın sabiq məşqçisi Mahmud Qurbanov  millinin durumu ilə bağlı fikirlərini bildirib.

Sport7.az-a açıqlamasında mütəxəssis bunları söyləyib:

"Eyni səviyyəli komandalar oynayanda müxtəlif nəticələr gözlənilir. Amma bu necə oynamağına baxır. Futbolçuların durumundan da çox şey asılıdı. Hər kəsin bir düşüncəsi var. Qazaxıstan da bizim kimi millətlər liqasında oynayırsa deməli eyni səviyyəli komandadı. 

Hərənin bir iş prinsipi, futbola baxışı var. İstədiyini tətbiq edir. Yeni futboçular oynadır, bu normaldı. Bizim üçün "yığmanı dərhal formalaşdır” demək çətin olar. Buna Qurban müəllim cavabdehdi. Millətlər Kubokuna az vaxt qalıb. İnanıram ki, həmin vaxta qədər komanda formalaşdırar. Deməzdim ki, nəticə tələb etmək tezdi. Yoldaşlıq görüşü olmasına baxmayaraq, nəticəni də nəzərə almaq lazımdı. Mən yığmada çalışanda öz adımdan danışa bilərdim. Amma indi çətindi. Klub deyil ki, konkret nələrsə danışmaq mümkün olsun. İnanaq ki, yaxşı olacaq”.

Sport7.az

Xəbər lenti