Mahrez "Mançester Siti"də

Mahrez
"Mançester Siti" transfer bombasını partladıb.

Sport7.az xəbər verir ki, Premyer Liqa klubu Riyad Mahrezin transferi üçün "Lester"lə anlaşıb. "Mançester Siti" bu keçidə görə qarşı tərəfə 60 milyon funt-sterlinq (68 milyo avro) verəcək.

"Daily Mail"in məlumatına görə, 27 yaşlı forvard tezliklə tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə imza atacaq. 

"Lester" Mahrezi 2014-cü ildə Fransanın "Le Havr" klubundan 500 min avroya alıb. O, ötən mövsüm meydana çıxdığı 36 matçda 12 qola, 11 məhsudar ötürməyə imza atıb.
 
Sport7.az

Xəbər lenti