"Makkabi"nin yeni transferləri oyunu buraxa bilər

Avropa Liqasının qrup mərhələsində "Qarabağ”la qarşılaşacaq Təl-Əviv "Makkabi”sinin "Qarabağ”la matça ideal heyətlə çıxa bilməyəcək.

Sport7.az xəbər verir ki, baş məşqçi Giorqos Donisin yeni transfer etdiyi futbolçuların bu gün meydana çıxıb-çıxmayacağı dəqiq deyil.

Çalışdırıcı konkret olaraq ispaniyalı müdafiəçi Luis Ernandes və serbiyalı hücumçu Aleksandar Peşiçə şans verməyi planlaşdırmır. Yerli mətbuatın iddiasına görə, koronavirus pandemiyası ilə əlaqədar uzun müddətdir futbol oynamadıqları və adıçəkilən futbolçuların da uyğunlaşma prosesini geridə qoymadıqları üçün baş məşqçi bu addımı atacaq.

"Blumfild" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR