Koronavirusu dəf edən Maldini:

Koronavirusu dəf edən Maldini: "Normal qrip olmadığını anladım"

İtaliya futbolunun əfsanələrindən olan Paolo Maldini bir neçə gün öncə sağaldığı koronavirusa yoluxmasından və onu necə keçirməsindən danışıb.
 
Sport7.az xəbər verir ki, bunları İtaliyada Alesandro Del Pyero, Françesko Totti və Xavyer Zanetti ilə birlikdə qonağı olduğu "Sky" kanalında anladıb: "Bir idmançı bədənini tanıyır. Mən də sabiq idmançı olaraq tanıyıram. İlk anda bunun normal qrip deyil, fərqli bir şey olduğunu anladım. Bu yeni virusdu və vücudunuz tanımadığı düşmənə qarşı mübarizə aparır. Xüsusən də ağrılar çox güclü idi. 
 
Əlamətlərin güclü ağrı və temperaturun 38,5 dərəcədən çox olmadığını söyləyən Maldini, müalicə dönəmində qızdırmasalıcı "tachipirina" (parasetamol) dərmanı içdiyini, hər hansı antibiotikdən istifadə etmədiyini və nəfəs darlığı çəkmədiyini söyləyib. 
 
Maldini idman etmək üçün məşq zalına getdiyini ancaq 10 dəqiqədən artıq dayana bilmədiyini söyləyib: "Bu virus mümkün olan ən qısa zamanda məğlub etməliyik. Bunun tək yolu birlikdə düşünməkdi. Yalnız bu halda normal həyatımıza qayıda bilərik".
 
"Milan"dan martın 22-də verilən açıqlamada Paolo və onun oğlu klubun gənclərdən ibarət komandasında forma geyinən Daniel Maldininin "COVİD-19" testinin nəticəsinin müsbət çıxdığı bildirilmişdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR