Malyorka Open: Kerber yarımfinalda, Bençiç Anisimovanın yolunu kəsdi

Malyorka Open: Kerber yarımfinalda, Bençiç Anisimovanın yolunu kəsdi

İspaniyada qadın tennisçilərin iştirakı ilə keçirilən "Malyorka Open" turnirində yarımfinalçılar müəyyənləşib.

Dünya 6 nömrəsi Anjelik Kerber Mariya Şarapovanın ardınca Karolin Qarsiyanı da mübarizədən kənarlaşdırıb. Belinda Bençiç "Rolan Qarros"un yarımfinalçısı Amanda Anisimovaya 4 qeym verərək yarımfinala adını yazdırıb.

"Rolan Qarros"da Serena Vilyamsın yolunu kəsən Sofiya Kenin də "son dördlük" arasında özünə yer tapıb. ABŞ-ı təmsil edən tennisçi Eliza Mertensə qalib gəlib. Mərhələ adlayanlar sırasında Yafan Vanı məğlub edən Anastasiya Sevastova da var.


Malyorka Open (International)

Kalviya, İspaniya

1/4 final

Sofiya Kenin (ABŞ) - Eliza Mertens (Belçika) - 2:1 (1:6, 6:1, 6:3)

Belinda Bençiç (İsveçrə) - Amanda Anisimova (ABŞ) - 2:0 (6:2, 6:2)

Anastasiya Sevastova (Latviya) - Yafan Van (Çin) - 2:0 (6:2, 6:1)

Anjelik Kerber (Almaniya) - Karolin Qarsiya (Fransa) - 2:0 (6:3, 7:6)


Qeyd edək ki, yarımfinalda Kerber - Bençiç, Kenin - Sevastova görüşləri keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR