"Malyorka Open"də çempion müəyyənləşdi

İspaniyada qadın tennisçilərin iştirakı ilə keçirilən "Malyorka Open" turnirinə yekun vurulub.

Həlledici oyunda Sofiya Kenin və Belinda Bençiç üz-üzə gəlib. İlk seti 13 qeym sonunda Bençiç aktivinə yazdırıb. İkinci setin 10-cu qeymində isveçrəli tennisçi üç matç-topunu dəyərləndirə bilməyib. Nəticədə geridönüş edən Kenin əvvəlcə tay-breykdə qələbə qazanaraq, oyuna tarazlıq gətirib. Ardınca amerikalı raketka ustası üçüncü setdə də rəqibini üstələyərək turnirin qalibi olub.


Malyorka Open (International)

Kalviya, İspaniya

Final

Sofiya Kenin (ABŞ) - Belinda Bençiç (İsveçrə) - 2:1 (6:7, 7:6, 6:4)


Qeyd edək ki, 20 yaşlı Kenin həm cari mövsümdə, həm də ümumi karyerası ərzində ikinci titulunu qazanıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR