Mamayev və Kokorin həbs olundular

Mamayev və Kokorin həbs olundular
"Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev və "Zenit”in hücumçusu Aleksandr Kokorin həbs olunub.

Sport7.az xəbər verir ki, bu haqda "REN TV” məlumat yayıb.

Xəbərə görə, buna səbəb hər iki futbolçu dünən sərxoş halda Rusiya Sənaye Ticarəti Nazirliyinin departament rəhbəri Denis Pak və Dövlət Federal Unitar Müəssisəsinin direktoru Sergey Qaysini, eləcə də daha əvvəl Rusiya "Birinci kanalı”ının aparıcısı Olqa Uşakovanın sürücüsünü döyməkdə şübhəli olmasıdır.
 
Kəllə-beyin travması alan sürücünün hazırda reanimasiyada olduğu bildirilir. 

Hadisə ilə bağlı cinayət işi açılıb.
 
Sport7.az

Xəbər lenti