"Mançester Siti" avrokuboklardan uzaqlaşdırıldı

UEFA "Mançester Siti"ni iki mövsümlük avrokuboklardan kənarlaşdırıb.

Avropanın ali futbol qurumu "Siti"nin 2012-2016-cı illərin hesabatlarında sponsorluq gəlirlərini şişirdərək maliyyə feyr-pleyi (FFP) qaydalarını pozduğunu əsas gətirərək klubu cəzalandırıb. Diskvalifikasiya 2020-21 və 2021-22 mövsümlərini əhatə edəcək. Bununla yanaşı, "şəhərlilər" 30 milyon avro dəyərində cərimələnib.

"Mançester Siti" qərara görə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR