"Mançester Siti" bombardiri ilə müqavilənin müddətini uzadacaq

"Mançester Siti" mövsümün sonunda Raheem Sterlinqlə müqavilənin müddətini uzatmaq istəyir. 
 
Sport7.az xəbər verir ki, karyerasının ən yaxşı mövsümlərindən birini keçirən Sterlinq 22 matçda 18 qol vurub. O "Mançester Siti"nin ən çox fərqlənən futbolçusu Serxio Aqueronun ardından ikinci ən çox qol vuran futbolçu olub. Klub rəhbərliyi 2020-ci ildə müqaviləsi bitəcək futbolçunun şərtlərini daha yaxşılaşdıraraq anlaşmanı uzatmaq niyyətindədi. 
 
İngilis mətbuatının yazdığına əsasən klub həftədə 170 min funt-sterlinq qazanan futbolçuya 250 min təklif edəcək. 
 
"Mançester Siti" yaxın günlərdə belçikalıə futbolçu Kevin de Brunenin də müqavilə müddətini uzatmaq istəyir.
 
Sport7.az
 

Xəbər lenti