"Mançester Siti" bu transferi rəsmiləşdirdi

"Bornmut"un futbolçusu Natan Akenin "Mançester Siti"yə transferi rəsmiləşib.

Spot7.az xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə 5 illik müqavilə bağlanılıb. Bu haqda klubun rəsmi saytında məlumat yer alıb. İngilislər niderlandlı oyunçunun keçidi üçün qarşı tərəfə 41 milyon funt sterlinq ödəyib.

"Bornmut" Niderland millisinin üzvünü 2017-ci ildə "Çelsi"dən 22,8 milyon avroya almışdı. O, son mövsümdə Premyer Liqada meydana çıxdığı 29 oyunda 2 qola və eyni sayda məhsuldar ötürməyə imza atıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR