"Mançester Siti" Diasın transferini həll edib

"Mançester Siti" "Benfika"nın müdafiəçisi Ruben Diasın transferini həll edib.
 
Sport7.az xəbər verir ki, klub futbolçu ilə 50 milyon funt-sterlinq dəyərində olan müqavilə bağlayacaq. Müdafiəçi eyni zamanda "Benfika"nın kapitanı, şənbə günü "Moreirense" üzərində 2-0 hesablı qələbə qazandıqları oyunda qol vurduqdan sonra komanda yoldaşları və idman direktoru Rui Costa ilə qucaqlaşaraq gözlənilən gedişini təsdiqləyib.
 
Portuqaliya mətbuatında futbolçunun bu gün Mançester şəhərinə yollanıb müqavilə imzalayacağı bildirilir. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR