"Mançester Siti" Çempionlar Liqasından kənarlaşdırıla bilər

"Mançester Siti" bir mövsüm müddətinə Çempionlar Liqasından uzaqlaşdırıla bilər.

"New York Times"in xəbərinə görə, UEFA təhqiqat qrupu "şəhərlilər"in Avropanın ən mötəbər klub turnirindən kənarlaşdırılmasını tələb edir. Səbəb qismində "Mançester Siti"nin maliyyə feyr-pleyi qaydalarını ciddi şəkildə pozması göstərilir.

Bununla belə, yekun qərar UEFA-nın şef təhqiqatçısı İv Leterm tərəfindən veriləcək. Belçikanın keçmiş baş nazirinin qərarını bir həftə ərzində açıqlayacağı gözlənilir.

"Siti"nin maliyyə feyr-pleyi qaydalarını pozması barədə faktlar ilk dəfə ötən il "Der Spiegel" nəşrində yayımlanmışdı.

Mançester klubu 2014-cü ildə UEFA tərəfindən 49 milyon funt dəyərində cərimələnmişdi.
 
Qeyd edək ki, Premyer Liqa çempionluğunu rəsmiləşdirən "Mançester Siti" növbəti mövsüm İngiltərəni Çempionlar Liqasında təmsil etməyə haqq qazanıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR