"Mançester Siti" İngiltərə Kubokunun qalibi oldu (VİDEO)

İngiltərə FA Kubokunun qalibi müəyyənləşib.

Final görüşündə "Mançester Siti" və "Votford" üz-üzə gəlib. Gözlənildiyi kimi, oyun "şəhərlilər"in üstünlüyü şəraitində keçib. Nəticədə Pep Quardiolanın yetirmələri Rahim Sterlinq (3), David Silva, Kevin de Bröyne və Qabril Jezusun vurduğu qollarla rəqibini 6:0 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.


İngiltərə FA Kuboku

Final

"Mançester Siti" - "Votford" - 6:0

Qollar: D. Silva (26), Sterlinq (38, 81, 87), De Bröyne (61), Jezus (68)

"Uembli", London


"Mançester Siti" tarixi ərzində 6-cı dəfə İngiltərə Kubokunun qalibi olub.


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR