"Mançester Siti" "Liverpul"u məğlub etdi və Superkubokun qalibi oldu (VİDEO)

İngiltərə Superkubokunun qalibi müəyyənləşib.

"Vembli" stadionunda keçirilən həlledici görüşdə "Liverpul" və "Mançester Siti" qarşılaşıb. Hesab 12-ci dəqiqədə açılıb. Rahim Sterlinq "Mançester Siti"ni önə keçirib. "Şəhərlilər" üstünlüyünü sonadək qoruya bilməyib. İkinci hissədə meydana daxil olan Joel Matip 77-ci dəqiqədə Vircil van Deykin ötürməsini qola çevirərək matça tarazlıq gətirib. Oyunun əsas vaxtı 1:1 hesablı bərabərliklə bitdiyindən, penaltilər seriyasına ehtiyac yaranıb. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Mançester Siti" tarixində 6-cı dəfə İngiltərə Superkubokuna sahib çıxıb.


İngiltərə Superkuboku

"Liverpul" - "Mançester Siti" - 1:1

Qollar: Matip (77) - Sterlinq (12)

Penaltilər seriyası - 4:5


"Mançester Siti" bir il ərzində 4 daxili turnirdə çempionluq yaşayan ilk ingilis klubu kimi tarixə düşüb. Pep Quardiolanın komandası daha əvvəl İngiltərə Kuboku, Liqa Kuboku və Premyer Liqanın qalibi olmuşdu.

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR