"Mançester Siti" müdafiə xəttini Upamekano ilə gücləndirmək istəyir

"Layptsiq"in müdafiəçisi Dayo Upamekano karyerasını İngiltərədə davam etdirə bilər.

"90 min"in xəbərinə görə, qış "transfer pəncərəsi"ndə arxa xəttini gücləndirmək niyyətində olan "Mançester Siti" Upamekanonun xidmətində maraqlıdı. Fransız futbolçunun müqavilə müddətinin bitməsinə 1,5 il qalması "şəhərlilər"in işini asanlaşdırır.

"Mançester Siti"nin müdafiə xətti ilə bağlı digər alternativi isə "Benfika"da çıxış edən Ruben Diaşdı.

Upamekano 2017-ci ildən bəri "Layptsiq"də oynayır. 21 yaşlı oyunçu cari mövsümdə Bundesliqada 7 matçda meydana çıxıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR