MS -

MS - "Tottenhem" matçı Çakıra həvalə olundu

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində 17 apreldə keçiriləcək matçları idarə edəcək hakimlərin adlarını açıqlayıb.

"Mançester Siti" - "Tottenhem" görüşünü Cüneyt Çakırın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Onun köməkçiləri Bahattin Duran və Tarık Onqun olacaq. Dördüncü referi funksiyası isə portuqaliyalı Artur Diaşa həvalə edilib. Massimiliano İrrati və Marko Quida videoassistent olacaqlar.

"Portu" və "Liverpul" arasında oynanılacaq cavab görüşündə isə hollandiyalı Danni Makkeli fit çalacaq. Ona Mario Diks və Hessel Steqstra köməklik edəcəklər. Dördüncü hakim Tasos Sidiropulos, videoassistentlər isə Pol van Bukel və Yoxem Kampxyus olacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR