"Mançester Siti" ulduzu ilə yeni müqavilə bağladı

İngiltərə Premyer Liqasının lideri "Mançester Siti" aparıcı futbolçusu Kevin De Brüne ilə yeni müqavilə imzalayıb.
 
Sport7.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Belçikalı ulduzun yeni müqviləsinin müddəti 2025-ci ilə qədər olacaq. Klubu ilə yeni, 4 illik müqavilə bağlayan De Brüne son mövsümdə Premyer Liqada ilin futbolçusu adına layiq görülmüşdü. 
 
Hazırkı müqaviləsinin bitməsinə hələ 2 il vaxt qalsa da, dünyanın ən yaxşı oyunçularından biri sayılan və baş məşqçi Pep Qvardiolanın planlarında əhəmiyyətli rol oynayan yarımmüdafiəçi ilə klub daha uzun müddətli əməkdaşlıq etməyi məqsədəuyğun sayıb.
 
De Brüne 2015-ci ilin avqustunda Bundesliqa təmsilçisi "Volfsburq"dan "Mançester Siti"yə 55 milyon funt-sterlinq müqabilində qoşulub ki, bu da klub rekordu olub. Hansı ki, həmin vaxt belçikalı ulduza digər Premyer Liqa təmsilçisi "Çelsi" bu qədər məbləği ona verməyi məsləhət bilməyib. Ancaq Qvardiolanın bu addımı öz nəticəsini verib. Belə ki, yarımmüdafiəçi baş məşqçinin rəhbərliyi altında iki çempionluqda böyük rol oynayıb, eyni zamanda dörd Liqa Kuboku və İngiltərə Kuboku qazanıb.
 
Belçikalı ulduz "Mançester Siti"nin formasında meydana çıxdığı 253 oyunda 64 qola və 105 məhsuldar ötürməyə imza atıb.


 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR