"Mançester Siti"dən yeni rekord

"Mançester Siti” İngiltərə Premyer Liqasının 15-ci turunda səfərdə "Uotford”a 2:1 hesabı ilə qalib gəlib. 

Sport7.az xəbər verir ki, bu matçdan sonra "şəhərlilər" möhtəşəm göstəriciyə imza atıb.

Komanda geridə qalan 15 turda rəqib qapılarına 45 qol vurub və öz qapısında cəmi 7 top görüb. Çempionatın ilk 15 oyununda bundan yaxşı nəticəyə sonuncu dəfə 125 il əvvəl -  1892/93 mövsümündə "Sanderlend" imza atıb. O vaxt isə top fərqi +39 olub.

Qeyd edək ki, "Mançester Siti” hazırda 41 xalla Premyer Liqada vahid liderdir.
 
Sport7.az

Xəbər lenti