"Mançester Siti"nin baş məşqçisi olmağa yeni namizəd

"Mançester Siti” Pep Qvardiolaya əvəzləyici axtarmağa başlayıb.

Sport7.az xəbər verir ki, Premyer Liqa təmsilçisi müqaviləsi 2021-ci ilin yayında başa çatacaq ispaniyalının yerinə Yulian Naqelsmanın namizədliyini nəzərdən keçirir.

Bundesliqada "Leypsiq”ə rəhbərlik edən mütəxəssis Mançester təmsilçisinin maraq dairəsindədir. Lakin Qvardiola ilə əməkdaşlığın uzadılmayacağı təqdirdə yeganə namizəd Naqelsman olmayacaq.

Hazırda Maurisio Poçettinonun namizədliyi də müzakirə olunur. Lakin ona daha iki nəhəng - "Real” və PSJ də "elçi düşüb”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR