"Mançester Siti"nin futbolçusu evinə bu qadını dəvət etdi, qalmaqal oldu - FOTOLAR

"Mançester Siti"nin futbolçusu Kayl Uolker etdiyi hərəkətlə qalmaqala yol açıb.

Sport7.az xəbər verir ki, karantin qaydalarını pozan futbolçu evinə dəvət etdiyi iki qadına parti verib. İngilis xalqına "evdə qal" müraciəti edən futbolçunun dəvət etdiyi qadınlardan biri Luis Maknamara verdiyi açıqlamada partinin 3 saat davam etdiyini açıqlayıb. Futbolçunun evinə yollandığını açıqlayan xanım "Onun evinə çərşənbə axşamı saat 22.00-da getmişdim. Məndən başqa braziliyalı bir qız və Kai adında futbolçu da vardı.Uolker kimliyini gizli saxlamağa çalışdı. Kai adlı futbolçunun kim olduğunu bilmirdim, amma sonra onun bir neçə fotosunu çəkdim" sözlərini söyləyib.

Futbolçudan 2200 funt-sterlinq aldığnı deyən Maknamara "Gecə saat 2.00-da evdən ayrıldıq. kayl həm "evdə qalın" deyir, həm də evində parti təşkil edir. O ikiüzlüdü və insanları riskə atır" ifadələrini də işlədib.

Yol verdiyi hərəkətin yanlış olduğunu qəbul edən müdafiəçi üzr istəyib: "Cəmiyyətdə həyati önəmi olan həkimlərin inanılmaz fədakarlıqlarını və xilasedici fəaliyətlərini dəstəkləmək üçün bir video çəkmişdim. Söylədiklərimlə etdiklərim arasında tamamilə təzad yaranıb. Peşəkar futbolçu kimi məsuliyyətli olmağımı anlayıram. Bu səbəbdən ailəmi, dostlarımı, futbol klubumu, tərəfdarlarımı və xalqı məyus etdiyim üçün üzr istəyirəm".

İngilis futbolçu ilə uzun müddətdi birlikdə olan Anni Kilner, Uolkerin əvvəlki sevgilisi Laurin Qudmanın hamilə qalması ilə bağlı açıqlamasından sonra, futbolçunu tərk etmişdi. İddialara görə bu ayrılıqdan sonra daha çox intizamsılıq edən futbolçunun menecerlə də müqaviləyə xitam verəcəyi gözlənilir. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR