"Mançester Yunayted" bankdan kredit götürdü

İqtisadi cəhətdən problemləri yaranan İngilltərə nəhəngi "Mançester Yunayted" bankdan 140 milyon funt sterlinq məbləğində kredit götürüb. 

Sport7.az xəbər verir ki, bu haqda ingilis mətbuatı məlumat yayıb. "Qırmızı şeytanlar" artıq vəsaiti alıb və məbləğdən yay transfer dönəmində istifadə edəcək. Klub heyətinə ən azı 3 yeni futbolçu qatacaq. 
 
"Mançester Yunayted"in ümumi borcunun 429 milyon funt sterlinqdən çox olduğu haqda məlumatlar yazılmışdı.

Koronavirus pandemiyası səbəbindən martda dayandırılan İngiltərə Premyer Liqasının oyunları gələn ay bərpa oluna bilər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR