"Mançester Yunayted" braziliyalı futbolçusunu göndərir

"Mançester Yunayted”in futbolçusu Andreas Pereyra İtaliyaya getməyə hazırlaşır.

Sport7.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi İtaliya təmsilçisi "Latsio”nun formasını geyinməyə yaxındır. Braziliya millisinin üzvü romalılara icarəyə veriləcək. Razılığa əsasən, "Latsio” 2021-ci ilin yayında onu birdəfəlik transfer etməlidir. Futbolçu ilə müqavilə 1+4 illik nəzərdə tutulub. Pereyranın yeni komandasında illik məvacibi 2 milyon avro olacaq.

Pereyra 2015-ci ildən "Mançester Yunayted”in futbolçusudur. O, bu müddət ərzində İspaniya klubları "Qranada” və "Valensiya”da icarə əsasında çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR