"Mançester Yunayted" bu futbolçulara pul verməyəcək

"Mançester Yunayted" futbol klubu icarəyə götürdüyü oyunçulara ödənişlər etməyəcək.

Sport7.az xəbər verir ki, u barədə "Daily Mail" məlumat yayıb. Bunun koronavirusun fəsadları ilə bağlı olduğu bildirilib. Məlumata görə, "qırmızı şeytanlar"ın rəhbərliyində hesab edirlər ki, iqtisadiyyatı iflic etmiş pandemiya dövründə futbol klublarına təzyiq göstərmək lazım deyil.

Bildirilir ki, yalnız Britaniyanın "Xarts", "Bolton" və "Berton" klublarına güzəştlər edilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR