"Mançester Yunayted" bu gəncə görə sərvət ödəməyə hazırdı

"Mançester Yunayted" "Barselona"nın futbolçusu Ansu Fatini transfer etmək istəyir.

Sport7.az xəbər verir ki, bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb. "Qırmızı şeytanlar" 18 yaşlı hücumçu üçün qarşı tərəfə 200 milyon ABŞ dolları ödəməyə hazırdır.

İddiaya görə, yaxın günlərdə Qvineya əsilli ispaniyalı forvard üçün Kataloniya təmsilçisinə rəsmi təklif göndəriləcək.

Fati ötən mövsüm İspaniya La Liqasında 24 oyun keçirib və 7 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR