"Mançester Yunayted" Cekonu transfer etmək istəyir

"Roma"nın hücumçusu Edin Ceko karyerasını İngiltərədə davam etdirə bilər.

ESPN-in xəbərinə görə, "Mançester Yunayted" qış "transfer pəncərəsi"ndə Cekonun transferini həll etmək niyyətindədi. Xüsusilə də baş məşqçi Ole-Qunnar Sulşer onun xidmətində maraqlıdı.

İcraçı direktor Ed Vudvord yaşlı futbolçuların transferinə qarşı çıxmasına baxmayaraq, bosniyalı forvardın qısamüddətli periodda komandaya faydalı olacağını düşünür.

Cari mövsümdə İtaliya A Seriyasında 12 matçda meydana çıxan Cekonun aktivində 5 qol var.

Qeyd edək ki, 33 yaşlı oyunçu 2011-2015-ci illər aralığında "Mançester Siti"də çıxış edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR