"Mançester Yunayted" əfsanə futbolçusunun oğlu ilə müqavilə bağladı

"Mançester Yunayted" gənc futbolçu ilə peşəkar müqavilə bağlayıb.
 
Sport7.az xəbər verir ki, "Qırmızı Şeytanlar" sabiq futbolçusu Fil Nevillin oğlu Harvi Nevilli heyətinə qatıb. 18 yaşlı futbolçu ilə müqavilənin müddəti 1 illikdi.

Harvi bu barədə sosial şəbəkə hesabında yazıb: "İlk peşəkar müqaviləmi "Mançester Yunayted"lə imzaladığım üçün qürur duyuram. Ailəmə və məşqçilərimə dəstəklərinə görə təşəkkürümü bildirirəm”.

Harvi də klubun əfsanələri arasında yer alan atası Fil Nevill və əmisi Qari Nevill kimi, müdafiə xəttində çıxış edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR