"Mançester Yunayted" əfsanəsi dünyasını dəyişib

"Mançester Yunayted" və Şimali İrlandiya yığmasının keçmiş qolkiperi Harri Qreqq 87 yaşında dünyasını dəyişib. Bu barədə Harri Qreqqin adını daşıyan fond məlumat yayıb.

Əfsanəvi qapıçı 1958-ci ildə baş vermiş Münhen təyyarə qəzasında bəzi komanda yoldaşlarının və sərnişinlərin həyatını xilas etmişdi. Qeyd edək ki, Harri Qreqq həmin il keçirilən dünya çempionatının ən yaxşı qolkiperi seçilmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR