"Mançester Yunayted" Erlinq Holand uğrunda gedən mübarizədə favoritdi

"Zaltsburq"un hücumçusu Erlinq Holand karyerasını İngiltərədə davam etdirə bilər.

"Dagbladet"in xəbərinə görə, "Mançester Yunayted" Holand uğrunda gedən mübarizədə favoritdi. Xüsusilə də "qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşer həmyerlisinin xidmətində maraqlıdı. O, rəhbərlikdən 19 yaşlı futbolçunun transfer edilməsini istəyib.

"Zaltsburq" forvardın transferindən 90-100 milyon avro gəlir əldə etmək niyyətindədi.

Cari mövsümdə 18 matçda meydana çıxan Holandın aktivində 26 qol, 4 məhsuldar ötürmə var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR