"Mançester Yunayted" Lindelöfü "Barselona"ya satmaqdan imtina edib

"Mançester Yunayted"in müdafiəçisi Viktor Lindelöf "Barselona"nın maraq dairəsinə düşüb.

Katalon klubu Lindelöfü "Yuventus"a keçməyə üstünlük verən Matteys de Lixtin alternativi qismində görür. "El Mundo Deportivo"nun məlumatına görə, "Barselona" rəhbərliyi isveçli futbolçunun transferi ilə bağlı bu ay bir neçə dəfə "Mançester Yunayted"lə əlaqə saxlasa da, "yox" cavabı alıb.

MY 2017-ci ilin yayında Lindelöfü 35 milyon avro qarşılığında "Benfika"dan transfer etmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR