"Mançester Yunayted" rəhbərliyi Sulşeri istefaya göndərmək barədə düşünmür

"Mançester Yunayted" rəhbərliyi baş məşqçi Ole-Qunnar Sulşerə dəstəyini davam etdirir.

"Mançester Yunayted" Premyer Liqanın son turunda doğma meydanda "Börnli"yə 0:2 hesabı ilə məğlub olub. 24 turdan sonra 34 xal toplayan "qırmızı şeytanlar" XXI əsrin ən bərbad göstəricisinə imza atıblar.

"Sky Sports"un xəbərinə görə, klub rəhbərliyi Sulşerlə yollarını ayırmaq barədə düşünmür.

"Börnli" ilə oyundan sonra norveçli mütəxəssis qış "transfer pəncərəsi" bağlanana kimi heyətə yeni futbolçular cəlb edəcəklərini açıqlamışdı.

Qeyd edək ki, hazırda Premyer Liqanın turnir cədvəlində 5-ci pillədə qərarlaşan MY 4-cü "Çelsi"dən 6 xal geri qalır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR