"Mançester Yunayted" Traorenin arxasınca düşüb

"Mançester Yunayted" "Vulverhempton"un yarımmüdafiəçisi Adama Traorenin transferiniı ciddi şəkildə nəzərdən keçirir.

Sport7.az xəbər verir ki, "The Sun", "Qırmızı şeytanlar"ın Dortmund "Borussiya"sı ilə Ceydon Sançonun dəyərinin 120 milyon avrodan azaltması ilə bağlı razılığa gələ bilmədiyini və Traorenin transferini nəzərdən keçirməyə hazır olduğunu yazıb.

Mançester şəhərinin təmsilçisi Traorenin transferi üçün təxminən 80 milyon avro ödəməli olacaq.

Buna qədər "Liverpul" İsveçrəli oyunçu Xerdan Şakirinin əvəzində Adamın xidmətlərinə çox maraq göstərmişdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR