"Mançester Yunayted"də ilin ən yaxşısı portuqaliyalı oldu

"Mançester Yunayted”də ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Sport7.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandeş bu ada layiq görülüb.

Azarkeşlər arasında aparılan sorğunun nəticəsində 35,5 faiz səs toplayan Fernandeş komanda yoldaşlarını qabaqlayıb. Onu 34 faiz səslə hücumçu Antoni Marsyal izləyib. İlk "üçlüy”ü digər ön xətt oyunçusu Markus Reşford qapayıb (10,4 faiz).

Fernandeş "Mançester Yunayted”ə bu ilin yanvarında Portuqaliyanın "Sportinq” klubundan 55 milyon avro qarşılığında keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR