"Mançester Yunayted"dən 50 milyon funtluq təklif

"Sportinq"in yarımmüdafiəçisi Brunu Fernandeş "Mançester Yunayted"in maraq dairəsindədi.

"The Independent"-in məlumatına görə, "qırmızı şeytanlar" Fernandeşə görə "Sportinq"ə 50 milyon funt dəyərində olan yeni təklif göndərəcəklər.

Daha əvvəl Portuqaliya klubunun "Mançester Yunayted"in təklifini geri çevirdiyinə dair xəbərlər yayılmışdı.

Ötən mövsüm Portuqaliya çempionatında 33 matçda meydana çıxan Fernandeşin aktivində 20 qol, 13 məhsuldar ötürmə var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR