"Mançester Yunayted"in futbolçusu fəxri doktor olacaq

İngiltərə millisinin və "Mançester Yunayted"in futbolçusu Markus Reşford Mançester Universitetinin fəxri doktoru olacaq. 

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. 22 yaşlı hücumçu futbolda qazandığı uğurlar və uşaqların yoxsulluğuna qarşı mübarizə aparması ilə əlaqədar bu ada layiq görüləcək. 

Reşford ailəsi ilə birlikdə buna görə qürur hissi keçirdiyini bildirib. O deyib ki, ölkədə uşaqların yoxsulluğuna qarşı mübarizə aparmaq üçün hələ uzun yol qət etməlidir. 

Futbolçu 2015/2016 mövsümündə "Mançester Yunayted"in əsas komandasında debüt edib. O, klubun heyətində 208 matça çıxıb və 66 qol vurub. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR