"Mançester Yunayted"in futbolçusu İtaliya klubundan ayrıldı

Kris Smollinq "Roma"dan ayrılıb.

Sport7.az xəbər verir ki, bunu 30 yaşlı futbolçu sosial şəbəkə hesabında açıqlayıb. Müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan Smollinqin İtaliya klubu ilə anlaşmasının müddəti bitib.

Paytaxt təmsilçisi mövsümün əvvəlində icarəyə götürdüyü futbolçunu heyətində saxlamaq istəsə də, ingilislərlə razılığa gələ bilməyib.
 
"Roma"nın heyətində 37 oyuna çıxan Smollinq 3 qola, eyni sayda məhsuldar ötürməyə imza atıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR